Accessibility links

Azərbaycanın OGP-də statusu “qeyri-aktiv” saxlanılıb


Open Government Partnership
Open Government Partnership

Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsləri (Open Government Partnership) Rəhbər komitəsi iyunun 29-da keçirilən toplantısında Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün şəraitin pis olması səbəbindən ölkənin statusunu daha bir il müddətinə "qeyri-aktiv" saxlamağı qərara alıb. Bu barədə təşkilatın məlumatında bildirilir.

Azərbaycanda vəziyyətin pisləşməsi məsələsi 2015-ci ilin martında üç vətəndaş cəmiyyəti təşkilatı tərəfindən qaldırılıb. Buna QHT-lərə qarşı repressiyaların başlanması səbəb olub. Rəhbər komitə vəziyyəti hərtərəfli öyrəndikdən sonra Azərbaycanın statusunu 2016-cı il mayın 4-dək dondurub.

"Rəhbər komitə bir illik fəaliyyətsizlikdən sonra mövcud problemlərin (2016-2018-ci illərdə Milli Fəaliyyət Planının hazırlanması üçün məsləhətləşmələr, Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsləri çoxtərəfli forumunun yaradılması, qrantların qeydiyyatı üçün "vahid pəncərə"nin yaradılması) həllində Azərbaycan hökumətinin atdığı müsbət addımları etiraf edir. Ancaq öncədən qaldırılan və narahatlıq doğuran əsas məsələlər həll olunmamış qalır. Vətəndaş cəmiyyətinin fəaliyyəti üçün ciddi problemlər əvvəlkitək qalır", məlumatda deyilir.

Vətəndaş cəmiyyəti təşkilatlarının qaldırdığı problemləri həll etmək üçün Azərbaycan hökumətinin qarşısında növbəti il var.

Rəhbər komitə meyarlar və standartlar üzrə alt komitəyə tapşırıb ki, "həll olunmamış məsələlərin həlli məqsədilə" 2017-ci il sentyabrın 17-dək vətəndaş cəmiyyəti və hökumət ilə məsləhətləşmələr aparsın.

Tələblər Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti və xarici ekspertlərlə məsləhətləşmələr zamanı hazırlanacaq. 12 aylıq müddət həmin tələblərin hazırlanmasından sonra başlayacaq.

Azərbaycan öz qeyri-aktiv statusunu saxlayacaq. Bu o deməkdir ki, ölkə OGP seçkilərində səsverməyə buraxılmayacaq və müşahidəçi statusunda olacaq", məlumatda bildirilir.

OGP nüfuzlu beynəlxalq təşkilatdır, məqsədi hökumətlərin hesabatlılığı, idarəçiliyin şəffaflığıdır. 2011-ci ilin sentyabrından ABŞ və Böyük Britaniya da OGP-nin yaradıcıları arasındadır.

Azərbaycan 2011-ci ildə təşəbbüsə qoşulan ilk ölkələrdən biridir. Və ilk ölkədir statusu qeyri-aktiv edilib. Bu 2016-cı ilin martında hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət komitənin iclasında baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG