Accessibility links

Rusiyanın "Xarici agent" qanunu QHT-lərin fəaliyyətinə maneə yaradır [Video]


Rusiyanın "Xarici agent" qanunu QHT-lərin fəaliyyətinə maneə yaradır
please wait

No media source currently available

0:00 0:02:35 0:00

Rusiyanın "Xarici agent" qanunu QHT-lərin fəaliyyətinə maneə yaradır

Bu ayın əvvəlində Memorial insan hüquqları qrupunun İnquşetiyada yerləşən ofisinin qarşısındakı kamera binada yanğın başlamazadan əvvəl iki nəfərin nərdivanla ofisə daxil olmağa çalışmasını qeydə alır. Lakin, rəsmilər bu hücumla bağlı hər hansı bir əlaqəni inkar etmişdi.

Memorial uzun müddət Sovet dövründə baş verən cinayətləri və hazırda insan hüquqlarının pozulması hadisələrini sənədləşdirmək fəaliyyəti ilə məşğul olub. 2015-ci ildə təşkilat ABŞ-ın Demokratiya üçün Milli Fonda və Avropa Komissiyasından maliyyə vəsaiti almaqda ittiham edilərək, “xarici agent” adlandırılmağa başlandı.

“Biz məhkəmədə özümüzü müdafiə etmək üçün xeyli vaxt sərf etməli olduq. Çünki, hökümətin sıx nəzarəti altında ən xırda səhv belə dövlətin bizə cərimə vermək və ya həbs etməsi üçün bəhanə ola bilərdi." - deyə, Memorial təşkilatının direktoru Kiril Koroyetev bildirib.

Bir çoxları üçün “xarici agent” qanunu Stalin dövründə anti-sovet cəsuslarına aid işlədilən ifadəni xatırladır.

Levada təşkilatı isə əsasın sosial araşdırmalar və səsvermə keçirən təşkilatdır. Rusiyada prezident seçkilərinin yaxınlaşdığı bir dövrdə bu təşkilat da “xarici agent” adlandırılaraq, fəaliyyəti sonlandırılıb.

“Heç kimə maraqlı deyil ki, həmin xarici pullar necə xərclənilib. Əgər siz xarici üçün və ya xarici vətəndaşla birlikdə işləyirsinizsə sizin nə etməyinizdən asılı olmayaraq onlar size Rusiya əleyhinə işləməkdə günahlandıracaqlar.” - deyə, levada mərkəzinin rəhbəri Denis Volkov bildirib.

Rəsmi Moskva isə bildirib ki, qanun layihəsinin əsas məqsədi Rusiya siyasətinə yönələn xarici müdaxilənin dayandırmaqdır. Bir çox insan Moskva küçələrinə çıxaraq hökümətin bu qərarını dəstəklədiklərini ifadə ediblər.

Human Right Watch təşkilatının verdiyi məlumata əsasən, qanun qəbul edildiyi 2017-ci ilin sentyabr ayından bəri 158 qrup və təşkilat “xarici agent” kimi adlandırılaraq məhkəmə tərəfindən müxtəlif dərəcədə maliyyə cəzaları alıblar. Təşkilatın təxmini hesablamalarına görə, təxminən 30-a yaxın vətəndaş cəmiyyəti qrupu bağladılıb.

XS
SM
MD
LG