Accessibility links

Türk dünyasının birincisi ‘Qırmızım’ güneydə nəşr edilib


“Qırmızım” adlı hekayəsi ilə 2016-cı il Beynəlxalq Mahmud Qaşqarlı Hekayə Yarışmasında birinciliyə layiq görülən Qəfur İmamizadə Xiyavinin müəllifi olduğu türkcə hekayə toplusu eyni adla İran Azərbaycanında nəşr edilib.

Ərdəbil vilayətinin Xiyav bölgəsində yaşayan yazar və müəllim Qəfur İmamizadə Xiyavi “Qırmızım” adlı hekayəsi ilə keçən ilin dekabrında Qazaxstanın Almatı şəhərində keçirilən türk dünyasının hekayə yarışmasında birinciliyə layiq görülmüşdü.

Qəfur İmamizadə Xiyavi
Qəfur İmamizadə Xiyavi

Beynəlxalq Mahmud Qaşqarlı Hekayə Yarışmasının dördüncü dövrü Avrasiya Yazarlar Birliyi, Türkiyə Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) kimi qurumların dəstəyi və 16 ölkədən türk yazarların iştirakı ilə keçirilib.

“Qırmızım” hekayəsi və müəllifin 10 digər hekayəsindən ibarət olan Qırmızım hekayə toplusu Nizami Nəşriyyatı tərəfindən 118 səhifədə yayımlanıb.

XS
SM
MD
LG