Oktyabrın 26-da yerli vaxtla saat 5.00-da Azərbaycan ərazisində saatlar bir saat geri çəkilməklə qış vaxtına keçiləcək.
Qış vaxtı mart ayınadək davam edəcək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.