Accessibility links

Ombudsman Qiyas İbrahimova qarşı rəftarın araşdırılmasını istəyir


Qiyas İbrahimov
Qiyas İbrahimov

Ombudsman Elmira Süleymanova həbsdəki gənc fəal Qiyas İbrahimovla rəftarın araşdırılması üçün ədliyyə nazirliyinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib. Bu haqda ombudsmanın gənc fəalın vəkili Elçin Sadıqova göndərdiyi məktubda bildirilir. Ombudsman Penitensiar Xidmətin rəhbərinə vəkilin müraciəti üzrə müraciət edib.

"Vəkilin ombudsmana daxil olmuş müraciətində bildirilir ki, hazırda Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Qiyas İbrahimov müəssisə rəhbərliyi tərəfindən hədələnib, təhqir edilib, işgəncəyə məruz qalıb, əsassız olaraq cərimə kamerasına salınıb. Q.İbrahimovun hüquqlarının təmin olunması üçün kömək göstərilməsi istənilib."

E.Süleymanova qeyd edib ki, ombudsmanın Milli Preventiv Qrupunun üzvləri də iyulun 13-də 2 saylı cəzaçəkmə müəssisəsində Q.İbrahimovla görüşüblər.

"Başçəkmə zamanı Q.İbrahimov vəkilin müraciətində qeyd olunanları təsdiqləyib. Mütəmadi olaraq müxtəlif qanunsuz hərəkətlərlə üzləşdiyini bildirib. Məsələ cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə müzakirə edilib. Hər iki tərəfə tövsiyələr verilib", məktubda deyilir.

Ombudsman Penitensiar Xidmətin rəisindən bu halların nəzarətə götürülməsini, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə məlumatların onlara göndərilməsini istəyib.

Bundan öncə Qiyas İbrahimovun anası Şura Əmiraslanova və vəkili Elçin Sadıqov bir neçə dəfə onun saxlandığı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığını bəyan ediblər. Penitensiar Xidmətsə deyilənləri təkzib edib.

Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı ilin mayın 10-da saxlanılıb. Daxili İşlər Nazirliyi hər iki ictimai fəalın evindən 1 kiloqramdan çox narkotik vasitə olan heroin tapıldığını bildirib.

Gənclər isə narkotik maddə ittihamını qəbul etməyərək keçmiş prezident Heydər Əliyevin heykəlinin üzərinə "Qul bayramınız mübarək!" şüarı yazdıqlarına görə tutulduqlarını bildiriblər.

Hər iki müttəhim məhkəmədə saxlandıqları vaxt işgəncəyə məruz qalmaları barədə açıqlama veriblər.

Gənc fəallar 10 il azadlıqdan məhrum ediliblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG