Accessibility links

"Qızın dəyəri" - Erkən nikah problemi


Dünyada 650 milyon uşaq və qadın 18 yaşından tez evləndirilib. Bu, dünyanın qadın əhalisinin 17 faizi deməkdir.

BMT 2030-cu ilədək bu tendensiyanın sona çatdırılmasını qarşıya məqsəd qoyub.

UNICEF bildirir ki, uşaq evliliklərinin qarşısının alınmasının qlobal səhiyyə, yoxsulluğun aradan qaldırılması və insan haqlarının müdafiəsi üçün mühüm amillərdəndir.

15-lə 19 yaş arasında qızlarda tez-tez hamiləlik problemləri müşahidə edilir.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, 18 yaşından aşağı qızların dünyaya gətirdiyi körpələrin ölüm və inkişafdan qalma riski olduqca yüksəkdir.

Erkən evliliklər eyni regionlar və ya eyni dinlərdə baş vermir.

ABŞ-ın Missuri ştatında evlilik yaşı 16-dır. Bəzilər hamiləlik və ataların həbsi səbəbi ilə evlənmək məcburiyyətində qaldıqda, bu ştata köçməli olur.

Nigeriyada qızların 65 faizi 18 yaşına çatmadan ərə verilir.

İndoneziyanın Lombok adasında 16 yaşınadək ərə getməyən qız ailəsinə rüsvayçılıq gətirmiş olur.

Uşaq evliliyi hər rəsmi həm də qeyri-rəsmi formalarda mövcud olur. Əgər qız yaxud oğlan 18 yaçına çatmazdan öncə nikaha daxil olursa, bir çox hallarda bu izdivac rəsmən sənədləşdirilmir.

Hər il dünyada 12 milyon qız 18 yaşında ailə qurur. Burada çox hallarda qızların valideynləri bu yaşın böyümək, təhsil almaq və öz seçimlərini etmək yaşı hesab edir.

Bu praktika əsasən yoxsul və ucqar bölgələrdə yaşayan qızlara şamil edilir.

Amerikanın Səsi ötən il boyunca Albaniya, Pakistan və Tanzaniya kimi bir çox ölkədə uşaq gəlinlərlə əlaqə saxlayıb.

Amerikanın Səsinin müxbirlərinin hazırladığı reportajlar qızların arxalarında qoyduğu ailələri və yenicə qəbul edildiyi ailələrin qızlara verdiyi dəyələrlə bağlıdır.

12 dildə yayımlanan bu reportajlarda qızlar və qadınlar öz təcrübələri ilə bölüşür.

Bu kliplərə göz yaşı laykları, uşaq nikahını dəstəkləyənlər və buna qarşı çıxanların arqumentləri ilə milyonlarla baxış olub, minlərlə şərh yazılıb.

XS
SM
MD
LG