Accessibility links

Gürcüstan gömrükçüləri 5,1 kiloqram qızıl külçələri tutub


Gürcüstan-Azərbaycan sərhədindən ("Qırmızı Körpü" gömrük-buraxılış məntəqəsi) qızıl külçələrinin qanunsuz idxalı ittihamı ilə gürcü gömrükçüləri bir nəfəri saxlayıb. Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Təhqiqat xidməti məlumat yayıb.

Məlumatda qızıl külçələri keçirən şəxsin adı və vətəndaşlığı açıqlanmır. Gürcü gömrükçüləri bildirib ki, ümumi çəkisi 5,1 kiloqram olan qızıl külçələr Toyota Prado markalı avtomobildə gizlədilibmiş. Qızılın dəyəri 113 min dollar qiymətləndirilir.

Gürcüstan Maliyyə Nazirliyinin Təhqiqat xidməti qızıl külçələri qaçaqmal kimi müsadirə edib.

Gürcüstan Cinayət Məcəlləsinin “Sərhəd gömrüyü ilə külli miqdarda malların keçirilməsi zamanı qaydaların pozulması” maddəsi ilə cinayət işi qaldırlıb.

Bu il ərzində Azərbaycandan dəfələrlə qızıl külçələrin çıxarılması halları olub.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti oktyabrın 27-də və 28-də Astara gömrük keçid məntəqəsində (İranla sərhəddə-red) gömrük nəzarətindən gizli ümumi çəkisi 8 kiloqram 291 qram qızıl külçələrin ölkədən qanunsuz çıxarılmasının qarşısını alıb.

Avqust ayında Azərbaycan vətəndaşı qanunsuz olaraq Gürcüstan sərhədindən ümumi çəkisi 18,6 kq. olan 19 qızıl külçə keçirməyə çalışıb və "Qırmızı Körpü" gömrük-buraxılış məntəqəsində saxlanılıb.

Aprel ayında Gürcüstana qanunsuz olaraq 12 kiloqram yüksək əyarlı qızıl və 131 min 950 Amerika dolları keçirmək istəyən şəxslər saxlanılıb.

İyunda təxminən 24 min dollar dəyərində qızıl külçələri Gürcüstana aparan şəxs həbs olunub.

Türkiyə polisi isə 2016-cı ilin fevralında Azərbaycandan Türkiyəyə qaçaqmalçılıq yolu ilə aparılmış 33 kilоqram 576 qrаm аğırlığındа 39 ədəd saf qızıldan olan külçəni ələ keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG