Accessibility links

Jurnalistlərin Müdafiəsi Komitəsi 10-cu qlobal cəzasızlıq indeksini açıqlayıb


Somali 3 il ardıcıl şəkildə jurnalistlərin qətli baxımından dünyada ən öndə gedən ölkə olaraq qalır.

Jurnalistlərin Müdafiəsi Komitəsinin 10-cu qlobal cəzasızlıq indeksində Somalidə son on il ərzində 20-dən çox jurnalistin öldürüldüyü bildirilir.

Son 3 il ərzində müharibə vəziyyətində olan Suriya bu baxımdan ikinci yerdədir. Bu ölkələrdə jurnalistlərin qatilləri hələ də azadlıqdadır.

Sıyahıda üçüncü yeri İraq tutur. Bu ölkədə jurnalistlər İslam Dövləti və digər ekstremist qrupların hədəfindədir.

Cənubi Sudanda 2015-ci ildə 5 jurnalist öldürülüb. Bu ölkə siyahıda dördüncü yeri tutur.

Beşinci yerdə gələn Filippində hökumət rəsmiləri və kriminal elementlər jurnalist qətllərinə görə cəzasız qalıb.

Jurnalistlərin Müdafiəsi Komitəsinin 10-cu qlobal indeksində Braziliya Hindistan, Meksika və Rusiya da yer alır.

2008-ci ildən komitənin hesablamalara başlamasından bəri Əfqanıstan ilk dəfə siyahıya salınmayıb. Əfqanıstanda jurnalist qətllərinin sayı azalmaqdadır. Baxmayaraq ki, 16 illik müharibə dövründə jurnalist qatillərinin heç biri mühakimə edilməyib.

Azərbaycanda son illər 6 jurnalist öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG