ABŞ-ın koronavirusla mübarizəyə maliyyə yardımı göstəriləcəyini elan etməsi ilə qlobal marketlərdə çərşənbə günü çanlanma müşahidə edilib.
Yaponiyanın Nikkei indeksi 8%, Honq Konqun Hang Sengs 4% və Shanghai 2% artım əldə edib.
Avropa marketlərində də ciddi irəliləyiş qeydə alınıb.
Aylardır ki, koronavirusun yayılması ilə yaranan qeyri-müəyyənlik səhm birjalarında qiymətlərin düşməsi ilə müşayiət edilirdi. Hökumətlər və mərkəzi bankların ciddi ölçülərinə baxmayaraq, vəziyyət sevindirici deyildi.
Wall Street çərşənbə axşamı günü rekord həddə yüksəliş əldə edib. Buna investorların ABŞ Konqresinin yardım paketinə dair razılıq əldə edəcəyinə dair nikbinliyi yol açmışdı.
Dow Jones Industrial 2100 xalla günün birincisi olub. Bu, bir gündə 11% artım deməkdir. S&P 500 9%, NASDAQ isə 8% artım əldə edib.
Britaniya, Fransa və Almaniya indekslərində də 8%-dən çox artım müşahidə edilib.
Wall Street-də enerji səhmləri ilə birgə hava yolları və kurortlar da artım əldə edib.
Bəzi iqtisadçılar dünyanın ən böyük iqtisadiyyatına malik olan ABŞ-da aprel və iyun ayların arasında iqtisadi tənəzzül proqnozlaşdırır.