Accessibility links

Qızıl Qlobus mükafatına nominantlar açıqlandı


Meksikalı rejissor Qulermo Del Torosun "The Shape of Water" filmi 2018-ci ilin Qızıl Qlobus mükafatına ən yaxşı dram əsəri, rejissoru və ən yaxşı aktrisa da daxil edilməklə, 7 kateqoriya üzrə nominasiya edilib.

Mətbuat azadılığından bəhs edən "The Post" filmi 6 kateqoriya üzrə nominantlıq qazanıb. Filmin direktoru Stiven Spilberq, baş rolların ifaçıları isə dünya şöhrətli Tom Henks və Meril Stripdir.

"Lady Bird" ən yaxşı musiqili film və ya komediya janrında mükafata nominasiya edilib.

Britaniyanın İkinci Dünya Müharibəsindən bəhs edən "Dunkirk," "Three Billboards Outside Ebbing, Missouri" və gey romansı ən yaxşı dram əsəri kateqoriyası ilə Qızıl Qlobusa təqdim edilib.

Qaliblərin adları yanvarın 7-də Kaliforniyada keçiriləcək 75-ci mərasimdə elan ediləcək.

XS
SM
MD
LG