Accessibility links

Qocaman ABŞ senatoru vəfat etdi


Qocaman ABŞ senatoru vəfat etdi
Qocaman ABŞ senatoru vəfat etdi

Qərbi Virciniya ştatından 92 yaşlı Demokratın sözçüsü bildirib ki, Börd gecə saat 3:00-da Vaşinqton civarındakı xəstəxanada dünyasını dəyişib

ABŞ Konqresinin ən uzun müddətli üzvü Senator Bob Börd vəfat edib. Qərbi Virciniya ştatından 92 yaşlı Demokratın sözçüsü bildirib ki, Börd gecə saat 3:00-da Vaşinqton civarındakı xəstəxanada dünyasını dəyişib. Börd keçən həftə xəstəxanaya aparılmışdı. İlk öncə onun istidən və sərt dehidrasiyadan əziyyət çəkdiyi güman edilirdi. Sonradan daha ciddi tibbi problemlər meydana çıxdı. Börd ABŞ Nümayəndələr Palatasına 1952-ci ildə, Senata isə 1958-ci ildə seçilib. Son illərdə o, bir neçə xəstəliklə üzləşirdi, lakin öz ştatını milyonlarla federal dollarla təmin etməkdə davam edirdi. Senator Börd Prezident Barak Obamanın seçki kampaniyası zamanı onun qatı tərəfdarı idi. O, gəncliyində Ku Klaks Klana üzv olduğuna görə xəcalət çəkdiyinini və 1960-cı illərdə vətəndaş hüquqları islahatları əleyhinə çıxmasına görə təəssüfləndiyini bildirmişdi.

XS
SM
MD
LG