Accessibility links

Hakim Nil Qorsaç prezidentin ədliyyə sistemini tənqid etməsini "ruhdansalıcı" adlandırıb


ABŞ prezidentinin Ali Məhkəməyə nominasiya etdyi hakim Nil Qorsaç prezidentin ədliyyə sistemini kəskin tənqid etməsini "ruhdansalıcı" adlandırıb.

Hakim Prezident Trampın onun mühacirətlə bağlı sərəncamına qarşı qərar çıxarmış hakimi tənqid etməsinə dair rəyini Demokrat senator Riçard Blumentalla müzakirəsi zamanı səsləndirib. Çərşənbə günü verdiyi bəyanatlarda Donald Tramp 9-cu federal məhkəmə dairəsini məsələləri siyasiləşdirməkdə ittiham etmiş, hakimlərin motivlərini sual altına almışdı.

Qorsaçın şərhlərini Senator Blumental daha sonra ictimaiyyətə açıqlayıb.

Prezident Donald Trampın mühacirətlə bağlı 7 ölkəyə şamil olunan sərəncamı ictimaiyyətin bəzi kəsimlərində və o cümlədən məhkəmələrdə müxalifətlə qarşılanıb.
Prezident Donald Trampın mühacirətlə bağlı 7 ölkəyə şamil olunan sərəncamı ictimaiyyətin bəzi kəsimlərində və o cümlədən məhkəmələrdə müxalifətlə qarşılanıb.

Qorsaçın dediklərini Ali Məhkəməyə nominantının sözçüsü Ron Bojan da təsdiqləyib.

Onun yardımçısı, respublikaçı senator Kelli Ayott isə bildirib ki, Qorsaç cavabı prezidentin hansısa spesifik tənqidinə deyil, ədliyyə sisteminə qarşı ümumi tənqidlərə görə verib.

Prezident Tramp Twitter hesabında senator Blumentalın dürüstlüyünü sual altına alıb.

Tramp senatorun Qorsaçla danışıqları təhrif etdiyini və bunu onun keçmişdə yol verdiyi yanlış bəyanatlarla müqayisə edib.

Prezident yazıb ki, Vyetnam müharibəsi iştirkaçısı olduğunu illərlə iddia edən, amma olmayan Blumental bu dəfə hakimin sözlərini təhrif edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG