SUSİ proqramının məzunu Zara Apetrei Huseynova WOWOMAN-nın rəhbəri və təsisçisidir. WOWOMAN-ın missiyası qadınların özünü ifadə, professional və fərdi inkişafı, motivasiya, onları daha çox özünə inamlı və müstəqil etmək və öz böyük arzularının arxasınca getmələri üçün məkan yaratmaqdır.
WOWOMAN-ın son layihələrindən biri “Qorxmasaydım” video rolikidir. Video rolikdə Azərbaycanda müxtəlif sahələrdə uğur qazanmış qadınlar təqdim edilir. Onlar insanın uğurunun çətinliklərdən keçdiyini bildirir və qadınları uğura çatmaq üçün qorxmamağa çağırır. “Mən qorxmadım və indi arzuladığım həyatı yaşayıram. Bəs, sən qorxmasaydın nə edərdin?”, rolikdə uğura nail olmuş qadınlardan biri deyir.
“Uğurlu ol. Uğurlu ana, uğurlu həyat yoldaşı. Bundan gözəl heç nə təsəvvür edə bilmirəm. Qadın olmaq gözəldir”, deyə başqa uğur qazanmış qadın bildirir.
Video roliki təqdim edirik: