Accessibility links

"Respublikaçılar İranla nüvə razılığı strategiyasını hazırlayır"


Senatda Respublikaçılar İranla nüvə razılığına dair qanun layihəsinə yeni şərtlər əlavə edəcək.

Bunu Cənubi Karolina ştatından Respublikaçı senator Lindsi Qraham bildirib.

Jurnalist Qreta Van Susterenin Amerikanın Səsi üçün eksklüziv keçirdiyi müsahibədə Senator Qraham deyib ki, hazırkı "Ölçülərin Əhatəli Planı" adı ilə tanınan razılıq zəifdir.

Biz İrana aydın edəcəyik o, BMT qətnamələrinə zidd olaraq interkontinental raketlər inkişaf etdirməkdə davam etsə, onda biz sanksiyaları yenidən bərpa edəcəyik.

Senator prezident Trampın razılığı dəstəkləməməsinin İrana imtiyaz vermis olacağını bildirib.

Lindsi Qraham əlavə edib ki, qanun layihəsi kontinentlərarası ballistik raket proramını inkişaf etdirdiyi təqdirdə İrana qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutur.

Senator İranın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsə və BAET-nın müfəttişlərinin təftişinə yol verməsə terrorizmi dəstəkləyən ən böyük ölkə statusunda qalacağını deyib.

Müqavilənin 60 gün müddətinə dayandırılacağı müddət ərzində Konqres razılaşmanın bir hissəsi olaraq qaldırılan iqtisadi sanksiyaların bir qisminin və ya hamısının yenidən reallaşdırılmasına qərar verməlidir.

Konqresin Respublikaçı qanunvericiləri prezidentin bəyanatına dəstək verərək tezliklə əlavə sanksiyaları səsə qoyacaqlarını bildiriblər.

İran ordusu hərbi paradda son model raketlərini nümayiş etdirir.
İran ordusu hərbi paradda son model raketlərini nümayiş etdirir.

Demokrat qanunvericilər isə İranın desertifikasiyadan sui-istifadə edərək öz öhdəliklərindən boyun qaçıracağından ehtiyat etdiklərini deyir.

Oktyabrın əvvəllərində 180 Demokrat Trampa məktub ünvanlayaraq, İranın nüvə razılığına riayət etdiyinin təsdiqlənməsini istəmişdi.

Qraham deyib ki, hər iki partiyanın dəstəyi ilə dünya üçün daha əlverişli razılıq hazırlamaq olar, lakin Demokratlar bunun üçün səs verməkdən imtina edir.

Respublikaçı senator iqtisadi sanksiyaların İranı razılığa gətirdiyini deyərək, İranın normal davrandığı təsdiqdə dünya yürüşünə çıxıb, sanksiyaların ləğvinə çalışacağını vəd verib.

XS
SM
MD
LG