Bu ilin iyununda Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Prisi avtomobil yarışlarının biletlərinin satışından gəlir 4 mln. manata yaxın (2,5 mln. dollar) təşkil edəcək. Bu barədə jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.
O xatırladıb ki, satışa 30 min bilet daxil olub. On-line satış hələ fevralın 19-da başlayıb. İndi biletlər kassalarda da satılır.
Bilet satışına məhdudiyyət yoxdur, deyə nazir bilirib. Həm Azərbaycan vətəndaşları, həm də xarici ölkə vətəndaşları istənilən sayda bilet ala bilərlər, deyə nazir əlavə edib.
Biletlərin qiymətləri 19-472 dollar arasında dəyişir. Bu zaman Azərbaycan vətəndaşları üçün 20-40% endirimlər müəyyən edilib. “Formula-1” yarışları Bakıda iyunun 17-19-da keçiriləcək.