Accessibility links

Qərb müttəfiqləri İrana yeni təkliflər verə bilər


Qərb müttəfiqləri İrana yeni təkliflər verə bilər
Qərb müttəfiqləri İrana yeni təkliflər verə bilər

Razılıq nüvə silahı əldə etməyə çalışan Tehranla bağlı narahatlıqları azaltmaq məqsədi daşıyır

The New York Times qəzetinin məlumatına görə, ABŞ və onun Avropadakı müttəfiqləri mümkün nüvə yanacağı mübadiləsi ilə bağlı İrana yeni təkliflər vermək üzərində işləyir. Razılıq nüvə silahı əldə etməyə çalışan Tehranla bağlı narahatlıqları azaltmaq məqsədi daşıyır. ABŞ rəsmisinə istinad edən qəzet yazır ki, razılığın şərtləri keçən il Tehranın qəbul etməyi təklifdən daha sərt ola bilər. Keçən il İranın ali dini lideri Ayətulla Əli Xameneyi yanacaq mübadiləsi təklifini rədd etmişdi. Vyanada Qərb diploamtları Reuters xəbər agentliyinə bildiriblər ki, onlar yeni təklifin də uğursuz olacağını düşünür. Bu barədə İran tərəfi hələlik açıqlama verməyib.

XS
SM
MD
LG