Accessibility links

Qrenlandiyada buzlaq qeyri-adi sürətlə əriyir


Dartmouth kollecinin alimləri belə buz əriməsinin 1889-cu ildən bəri qeydə alınmadığını deyirlər

Üç hava peyklndən alınan məlumatlarda bu ayın əvvəlində Qrenlandiyanın Arktik ərazilərini örtən böyük buz təbəqəsinin qeyri-adı dərəcədə əridiyi müşahidə olunur.

Birləşmiş Ştatların fəza agentliyi NASA-nın verdiyi məlumatlarda Qrenlandiyanın sahillərindən başlayan və mərkəzi hissəyə qədər uzanan 3.2 kilometr qalınlığındakı buz təbəqəsinin iyulun 8-nə qədər 40 faiz, dörd gün sonra isə 97 faiz əridiyi müşahidə olunub.
Bu, 30 ildən artıq peyk müşahidələri tarixində buzun əriməsinə dair müəyyən olunmuş ən böyük göstəricidir.

Birləşmiş Ştatların Nyu Hempşir ştatında yerləşən Dartmouth kollecinin alimləri müşahidə olunan buz əriməsinin 1889-cu ildən bəri qeydə alınmadığını bildirirlər.

NASA qeyd edir ki, buzlaqlar "istilik gümbəzi" kimi tanınan isti hava kütləsinin iyulun ayının 11-də buz təbəqəsi üzərində beş gün qalması nəticəsində əriyib.

Alimlər hazırda müşahidə olunan ərimənin təbii prosesin tərkib hissəsi olduğu, yaxud insanın iqlimə təsiri nəticəsində baş verib-vermədiyini müəyyən edə bilmir.

Keçən həftə NASA peyki Qrenlandiyanın ən böyük buzlaqlarından olan (təqribən 120 kvadrat kilometr) Petermandan qopmuş və sahəsi Nyu-York şəhərinin Manhattan adasından iki dəfə böyük olan iri aysberqın şəkillərini çəkib.
XS
SM
MD
LG