Accessibility links

Qreys qasırğası Karib bölgəsini hədəf alıb


ABŞ -ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, bir neçə gün ərzində Kiçik və Böyük Antilləri güclü yağışlarla hədələyən Qreys tropik qasırğası Karib dənizinin şimal -şərqindən keçir.

Saatda 65 km sürətlə hərəkət edən qasırğa ilə bağlı xəbərdarlıq yayılıb. Bölgənin hər yerində tropik qasırğa şəraiti gözlənilir.

Saba və Sint Eustatius, Sint Maarten, St. Martin və St. Bartelemi, ABŞ-ın Virgin adaları, Vieques və Kulebra da daxil olmaqla, Puerto Riko və Kabo Kaukedodan Samana və Dominikan Respublikası üçün tropik qasırğa xəbərdarlıqları verilib.

Qasırğa mərkəzinin bildirdiyinə görə, Fred qasırğasının qalıqlarının maksimum 55 km/s küləklə hərəkət etdiyi üçün Meksika körfəzi üzərindən yenidən tropik fırtına halı alacağı gözlənilir.

Fred bazar günü Kubanın bir hissəsinə 20 santimetrə qədər, Bahamalar boyunca isə 7,6 santimetrə qədər yağış yağdıra bilər.

Bazar gecəsindən başlayaraq sinoptiklər Fredin Florida və Alabamanın cənub hissələrində güclü yağışa səbəb olacağını proqnozlaşdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG