Accessibility links

Yeni siyasətlə mühacirlərin "qrin kard" müraciəti rədd edilə bilər


Yeni mühacirət siyasətilə mühacirlərin "qrin kard" müraciəti rədd edilə bilər
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Tramp administrasiyası bazar ertəsi artıq Birləşmiş Ştatlarda olub tibbi xidmət, yemək talonları və ev yardımı kimi sosial müavinətlər alan mühacirlərə daimi yaşayış icazəsi, ya da vətəndaşlıq verilməsi üçün qaydaların sərtləşdirildiyini elan edib.

Arturo Balbino 14 il əvvəl ABŞ-a qeyri-qanuni şəkildə daxil olub. Onun həyat yoldaşı və uşaqları amerikalıdır. Balbinonun bundan əlavə Amerikada onu işlə təmin edən şirkətin zəmanəti də var.

Lakin mart ayında onun "qrin kard" müraciəti rədd edilib. Səbəb? Səbəb onun ailəsinin azgəlirli ailələr üçün nəzərdə tutulan ərzaq kuponları və tibbi yardımdan istifadə etməsidir.

"Hər gün hər şeyin yaxşı olacağını, ailəmə qovuçacağımı düşünürəm. Geri qayıdıb uşaqlarımın böyüməsini görməməyi düşünmək çox ağırdır" , Arturo Balbino deyib.

Görünür, yeni siyasətlə Balbino kimi vergi ödəyənlərə yük hesab edilən bir çox mühacirin qrin kard müraciəti rədd ediləcək.

"Tramp administrasiyası mühacirlərin özlərini dəstəkləməsi və cavabdehliklərini təmin etmələri üçün ideallarını gücləndirir. Bizim qaydalar ABŞ-a gəlib, qrin kard almaq istəyən xaricilərin ictimai yük olmasını qadağan edir", ABŞ-ın Vətəndaşlıq Xidmətinin icraçı direktoru Ken Kuççinelli bildirib.

İctimai yük dedikdə 36 ay müddətində 12 aydan artıq yardımlardan birinin alınması sosial təminat kimi nəzərdə tutulur.

Mühacirət fəalları qaydaları yoxsul mühacirlərə ədalətsizlik kimi qiymətləndirir.

2019-cu il oktyabrın 15-dən qüvvəyə minəcək yeni qaydalar artıq narahatlıqlara səbəb olub.

"İctimai yük qaydaları bəzi insanları ictimai imtiyazlardan çəkindirir. Çünki onları mühacirət və gömrük işçiləri tərəfindən hədəf alınacağı qorxudur", ikipartiyalı Siyasət Mərkəzindən Kristobal Ramon bildirib.

2020-ci il prezident seçkilərində yenidən iştirak edəcək prezident Tramp mühacirət siyasətinin ona seçkilərdə yardım edəcəyini düşünür.

"Onun elektorat bazasını nəzərə alsaq, bu qələbədir. Elə bir qələbə ki, onu o, gələcəkdə əldə bayraq edə bilər. Ələlxüsus əgər demokratlar qeyri-qanuni mühacirlər üçün ictimai müavinətləri genişləndirmək barədə danışmaqda davam etsə" , Ramon bildirib.

Yeni qaydalar ailə əsasında immiqrasiyaya təsir göstərməyəcək, belə ki, ailə üzvlərinin qrin kart almasını sponsorlaşdıran şəxslər artıq onlara maliyyə köməyi göstərəcəklərinə dair xüsusi sənəd imzalayıblar.

Yeni qaydalar həm də mühacirət proqramları, insan qaçaqmalçılığı və məişət zorakılığı qurbanlarına şamil edilməyəcək.

XS
SM
MD
LG