Accessibility links

“Qrinpis” Antarktidanın qorunmasına çağırır [Video]


“Qrinpis” Antarktidanın qorunmasına çağırır
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Bir qrup alim iqlim dəyişikliyinin təsirlərini tədqiqi üçün dünyanın ən aşağı nöqtəsi olan Antarktidaya gedib. Ətraf mühitə nəzarət edən, qeyri-hökumət təşkilatı “Qrinpis” qitəyə komandanı beynəlxalq balıqçılıq sənayesinə yardım etmək üçün əlavə məlumat toplanması məqsədilə göndərib.

Düyanın demək olat ki, bütün alimləri dünyanın ən aşağı nöqtəsi olan donmuş Antarktida buzların əriməsinə iqlim dəyişikliyinin səbəb olduğunu deyir.

Antarktida yarımadası eləcə də sayı ovlanma səbəbindən sürətlə azalan heyvanların olduğu məkandır. "Qrinpis" təşkilatından Uill Makkallum: “Traix boyu insanlar yeni açılan yerlərə gedir və oraları istismar edir. Biz bunu balıqçılıq sahəsində də görmüşük və görürük. Antarktidada da eyni şeyi görürük.”

Qeyri-hökumət təşkilatı, ətraf mühitə nəzarət edən “Qrinpis” təşkilatı Antarktidaya araşdırmaçı alimlərin olduğu gəmi göndərib. “Arctic Sunrise” adlı gəmi Okeanın cənubuna üç aylıq missiya ilə gedib. “Hazırda biz bizneslərini genişləndirmək istəyən balıqçılıq şirkətlərinin bu kiçik ərazidən kiçik, “kril” adlı krivetkalar tutmağa başladıqlarını görürük. “Kril” isə buradakı bütün heyvanların əsas qidasıdır. Antarktidadakı hər bir heyvan bu krivetkalardan aslıdır” deyə, Uill Makkallum bildirir.

Antarktida missiyası ilə “Qrinpis” Cənub Qütbünün böyük ərazilərini qoruyan beynəlxalq dəstəyi genişləndirir. Qrup balıq sənayesi krallığının oradakı “kril” krivetkaları ilə bağlı bütün fəaliyyətini təhdid edir. “Antarktida Okeanı Ziyarətgahının böyük hissəsində insan fəaliyyətinə məhduddiyyətlər qoyulmalıdır. Beləliklə, həmin ərazidə balıqçılıq sənayesinin genişləndirilməsi dayandırılmalı, pinqvinlərin və balinaların yemək ərazisi olan suların yaxınlığında bütün əməliyyatlara son qoyulmalıdır. Və bununla biz bu misilsiz ərazini gələcək nəsillər üçün qoruyub saxlaya bilərik.”

1.8 milyon kv.km sahəsi olan bu ərazi dünyada qorunan ən böyük ərazi olmalıdır. “Qrinpis” Avropa İttifaqına oktyabr ayında Avstraliyada keçiriləcək “Dəniz Həyatı Konvensiyası”nda Antarktida okeanının bu qoruğunun nəzərdən keçirilməsini istəyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG