Qrip xəstəliyi tənəffüs orqanlarındakı virus səbəbi ilə yaranır. Bir çoxları bu xəstəlikdən sağalsa da, bəzi hallarda bu, pnevmoniyaya çevrilir.
Amerikanın ictimai sağlamlıq üzrə ən yüksək mütəxəssisinə belə bir sual ünvanladıq.Ən çox nədən narahatsınız? Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Tom Friden:"Qrip dünyanın üzləşdiyi ən ciddi problem olaraq qalır."
Hətta ən uğurlu illərdə belə dünyada yüz minlərlə insan qrip səbəbi ilə dünyasını dəyişir. "Daha ağır illərdə bu, milyonlarla ölçülür."
Xəstəliklərə Nəzarət Mərkəznin bildirdiyinə görə, hər il təkcə ABŞ-da 200 min insan qripin ağırlaşmaları ilə xəstəxanalara yatırılır. Ən ciddi ağırlaşma isə pnevmoniyadır.
Son araşdırma pnevmoniya ilə xəstəxanalara düşən milnlərlə insan üzərində aparılıb. Vanderbilt Universitetindən doctor Karlos Qrihalva:“Bu insanların təqribən 6 faizində qrip səbəbi ilə pnevmoniya aşkar edilib.”
Alimlər bu xəstələrin nə qədərinin qrip vaksini vurduğu ilə də maraqlanıb. Dokrot Katrin Ervards:“Qrip vaksini vurduranların vaksin vurdurmayanlarla müqayisədə 57 faiz xəstələnməmə şansı var.”
Araşdırmaçılar vaksinlərin yaşlı və ya immun sistemi zəif olanlara o qədər də təsirli olmadığını da müəyyən edib. Dokrot Katrin Ervards:“Vaksinlər uşaqlar və 65 yaşından aşağı insanlara daha təsirli olur.”
Vaksinlər 100 faiz effektiv deyil. Buna görə də həkimlər əllərin tez-tez yuyulmasını və xəstələrdən uzaq durulmasını məsləhət görür.