Accessibility links

Qırğızistanda parlament seçkiləri oktyabr ayında keçiriləcək


Bu seçkilərlə Orta Asiyada həqiqi mənada ilk parlament demokratiyasının yaranması güman edilir

Qırğızıstanın müvəqqəti hökuməti ölkədə parlament seçkilərinin oktyabrın onunda keçiriləcəyini elan edib. Bu Seçkilərlə də Mərkəzi Asiyada ilk parlament demokrasiyası yaranmış olacaq. President Roza Otunbayeva bu gün müvəqqəti hökumətə seçkilər qabağı nizam intizamın, sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması üçün tədbirlərin görülməsi barədə fərman imzalayıb. Seçicilər, iyun ayında keçirilən referendumda yeni konstitusiyanı çoxluqla təstiq ediblər ki, bu da oktyabrda seçkilərin keçirilməsi üçün şərait yaradıb. Rəsmilər bildirib ki, parlamentin səlahiyyətini artırmaq üçün tədbirləri 90 faizdən çox seçici dəstəkləyib. Müvəqqəti hökumət keçmiş prezident Kurmanbek Bakiyevin aprel üsyanında devirilməsindən sonra ölkədə sabitliyi qorumaq üçün mübarizə aparır. İyundakı etnik toqquşmaların dalğası azı 350 nəfərin ölümünə səbəb olub. Müvəqqəti Lider Roza Otunbayeva 2011-ci ilin sonuna qədər prezidentliyə təyin edilib.

XS
SM
MD
LG