Accessibility links

Qırğızıstan Kommunist partiyasının lideri İshak Masaliyev həbs edilib


İshak Masaliyev bu gün Moskvadan qayıdarkən aeroportda həbs edilib

Qırğızıstan rəsmilərinin bildirdiyinə görə, sabiq prezident Kurmanbek Bakiyevə qarşı keçən ay etiraz aksiyaları zamanı baş verən qətllərdəki rolu barədə suallara cavab vermək üçün Kommunist partiyasının lideri İshak Masaliyev həbs edilmişdir. İshak Masaliyevin bu gün Moskvadan qayıdarkən aeroportda həbs edildiyi bildirilir. Cənab Masaliyev köhnə tərkibdə parlamentin yeni iclasını çağırmaqla hədələməklə Qırğızıstanın müvəqqəti hökumətini qəzəbləndirib. Qırğısıztan parlamenti keçən ay ölümlə nəticələnən aksiyalarından və prezident Bakiyevin devrilməsindən sonra fəaliyyətini dayandırmışdı. Qırğısıztandan alınan digər xəbərdə isə bildirlir ki, yüzlərlə insan prezident Bakiyevin müttəfiqi, bu yaxınlarda devrilmiş mer Nəriman Tuleyevi dəstəkləmək məqsədi ilə paytaxt Bişkekdə yürüş keçirib.

XS
SM
MD
LG