Accessibility links

Qırğızıstanda müvəqqəti hökumət referendum keçirməyə hazırlaşır


Rəsmilər bildirib ki, referendum təxirə salınmayacaq

Qırğızıstanın cənubunda etnik qruplar arasında qarşıdurmanın yenidən baş qaldırması təhülkəsinə baxmayaraq, ölkə rəsmiləri Konstitusiyaya əlavə dəyişikliklərə dair referendum keçirməyə hazırlaşır. Roza Otunbayevanın rəhbərliyi ilə müvəqqəti hökumət Qırğızıstanın demokratiyaya keçidə kömək edəcək vacib addım kimi qiymətləndirilən referendumu təxirə salmağı rədd edib. Bu gün paytaxt Bişkekdə və 275 adamın ölümü, 400 min insanın isə evlərindən didərgin düşdüyü Oş və Cəlalabad şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilib. Evlərindən didərgin düşən insanların referendumda iştirak edib-etməcəyi hələ də sual olaraq qalır.

XS
SM
MD
LG