Accessibility links

Qırğızıstanda etirazlar davam edir


Qırğızıstanda etirazlar davam edir
Qırğızıstanda etirazlar davam edir

Etrazçıların ölkənin şimalındakı Talas şəhərinin hökumət binasına daxil olduğunu xəbər verilir

Qırğızıstanın insan haqları fəalları etiraz aksiyalarında iştirak edən bir dəstənin ölkənin şimalındakı Talas şəhərinin hökumət binasına daxil olduğunu bildirmişlər. Şahidlərin dediyinə görə, bu gün mindən çox insan hökumət binasını mühasirəyə almış və sonradan binaya daxil olmuşlar. Digər etirazçıların polis məntəqəsinə hücum etdikləri bildirilir.Associated Press-in məlumatında isə Daxili İşlər Nazirliyi rəsmilərinin hökumət binasının ələ keçirilməsi barədə xəbəri təkzib etdiyi deyilir. Nazirlik rəsmiləri bir dəstə sərxoş adamın binaya daxil olduğunu və az sonra oranı tərk etdiyini bilrdimişlər.

Mərkəzi Asiyanın bu dövlətində hökumətə qarşı etirazlar artmaqda davam edir. Keçən həftənin şənbə günü də əllərində “Qırğızıstana azadlıq” şüarları tutan 40 nəfər fəal BMT-nin baş katibi Ban Gi Munun səfər etdiyi Bişkekdəki parlament binası qarşısına toplaşmışdılar.

XS
SM
MD
LG