Qırğızıstanın cənubundakı Cəlalabad şəhərində prezident Kurmanbek Bakiyevin tərəfdarları ilə müvəqqəti hökumət tərəfdarları arasında hökumət binalarına nəzarət uğrunda baş verən qarşıdurma zamanı bir nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilir. Dünən silahların istifadə edildiyi qarşıdurma müvəqqəti hökumətin minlərlə tərəfdarı sabiq prezident Bakiyev tərəfdarları tətəfindən ələ keçirilən hökumət binasına nəzarəti qaytarmağa çalışarkən baş verib. Səhiyyə rəsmiləri güllə və daş yarası alan azı 10 nəfərin xəstəxanaya çatdırıldığını bildirirlər.
Qırğızıstanda sabiq prezident Bakiyev tərəfdarları ilə müvəqqəti hökumət tərəfdarları arasında qarşıdurma baş verib
Qarşıdurmanın hökumət binalarına nəzarət uğrunda baş verdiyi deyilir