Accessibility links

Qırğızıstanda referendum baş tutdu


Müvəqqəti hökumətə başçılıq edən Roza Otunbayeva referendumun təxirə salınmasına razılıq vermədi

Qırğızıstanda keçirilən referendumun qırğızlar və özbəklər arasında etnik zəmində baş verən zorakılıqların yenidən vüsət almasına yol aça biləcəyilə bağlı narahatlıqlar mövcud idi. Prezident Kurmanbek Bakiyevin hakimiyyətdən devrilməsi və aksiyalar zamanı 85 nəfərin qətlindən sonra aprel ayının 7-dən müvəqqəti hökumətə başçılıq edən Roza Otunbayeva referendumun təxirə salınmasına razılıq vermədi. Paytaxt Bişkek və ölkənin cənubunda etnik zəmində baş verən zorakılıqlar nəticəsində azı 275 nəfərin qətlə yetirildiyi Oş və Cəlalabad şəhərlərində ciddi təhlükəsizlik tədbirləri görülüb. Lakin bəzi rəsmilər ölənlərin sayının 2000-ə çatdığını deyirlər.

Qığrğızıstanda bir çox insan hələ də Belarusda sığınacaq tapan sabiq prezident Bakiyevi dəstəkləməyə davam edir. Xanım Otunbayeva Oş universitetində səs vermək üçün ölkənin cənubuna səfər edib.

XS
SM
MD
LG