Accessibility links

Qırğızıstanda zorakılıqlar nəticəsində həlak olanların dəfn mərasimləri başlanıb


Bu gün ölkədə bayraqların yarıya qədər endirildiyi və əyləncələrin təxirə salınacağını bildirilib

Qırğızıstanın cənubunda etnik zəmində baş verən zorakılıqların 190 nəfərə qədər qurbanının 3 gün davam edəcək dəfn mərasimləri başlanıb. Qırğızıstan hökumətinin rəsmiləri bu gün ölkədə bayraqların yarıya qədər endirildiyini və əyləncələrin təxirə salınacağını bildirmişlər. Xəbər agentlikləri son iki gündə zorakılıqların azaldığını xəbər verir. Xəbərlərdə qırğız hərbçilərin Oş şəhərinin küçələrində keşik çəkdikləri və bir keçə küçədə yoxlanış məntəqələri qurduğları deyilir.

Bu gün eləcə də Qırğızıstanın təhlükəsizlik şurası başçısının yüksək səviyyəli rəsmilərlə ölkəyə humanitar yardımların çatdırılmasını sürətləndirmək yollarını müzakirə etmək üçün Moskvaya yola düşdüyü xəbər verilir. Humanitar yardımın bir hissəsinin artıq regiona çatdırıldığı bildirilir.

XS
SM
MD
LG