Accessibility links

Qırğızıstanın cənubunda rəqib etnik qruplar arasında toqquşma baş verib


Cəlalabaddakı insident zamanı iki nəfər həlak olub

Keçən ay ölkədə baş vermiş siyasi çevrilişdən sonra Qırğızıstan hökuməti asayişi bərpa etməyə çalışdığı bir vaxt ölkənin cənubunda rəqib etnik qruplar arasında baş qaldırmış iğtişaş zamanı 2 nəfər həlak olub, 45 insan isə xəsarət alıb. Şahidlərin sözlərinə görə, bu gün Cəlalabad şəhərində minlərlə etnik qırğız özbək universitetini ələ keçirməyə çalışıb. Kütlə Xalqlar Dostluğu Universitetini daşa tutublar və etnik gərginliyə yol açmaqda ittiham etdikləri özbək icma liderinin həbsini tələb ediblər. Nümayiş zamanı atəş səsləri eşidilib ancaq kimin atəş açması qeyri-müəyyən qalıb. Qırğız xəbər agentliyi Aki-Press şahidlərə istinadən bildirib ki, daha sonra əllərində ağac parçaları ilə silahlanmış 1500-ə yaxın özbək Cəlalabadın mərkəzinə istiqamət alıb. Təhlükəsizlik qüvvələri kütləni dağıtmağa çalışıb.

XS
SM
MD
LG