Accessibility links

İqtisadçılar Nobel mükafatı aldılar


İqtisadçılar Nobel mükafatı aldılar
İqtisadçılar Nobel mükafatı aldılar

İki amerikalı və bir britaniyalı-kiprli hökumət siyasətinin işsizliyə təsiri barədə inkişaf etdirdikləri nəzəriyyəyə görə iqtisadiyyat üzrə 2010-cu il Nobel mükafatına layiq görülüblər. İsveç Kral Elmlər Akademiyası bu gün Piter Daymond, Deyl Mortensen və Kristofer Pissaridesi “axtariş müqavimətli bazarın təhlili” üçün Nobel mükafatı ilə təltif edib. Üçlüyün modeli analitiklərə nizamalamaların və iqtisadi siyasətin işsizliyə, boş iş yerlərinə və maaşlara göstərdiyi təsiri müəyyən etməkdə yardım göstərir. Daymond Massaçusets Texnologiya İnstitutunda sosial təminat, pensiyalar və vergilər üzrə mütəxəssisdir. Prezident Barak Obama onu Federal Ehtiyatlar idarəsinin müdirlər şurasına nominasiya edib. 71 yaşlı Mortensen İllinoys ştatının Şimal-Qərb Universitetində, Pissarides isə London İqtisadiyyat Məktəbində dərs deyir.

XS
SM
MD
LG