Accessibility links

Quantanamo məhbuslarının gələcəyi [Video]


Quantanamo məhbuslarının gələcəyi
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Quantanamo məhbuslarının gələcəyi

Məhbusların köçürülə bilməsi üçün təkcə yeni həbsxanaya deyil, Konqresin icazəsinə ehtiyac var

ABŞ müdafiə müşaviri deyib ki, nazirlik Kubada yerləşən Quantanamo həbsxanasındakı məhbusların potensial həbsxana kimi Birləşmiş Ştatlarda iki hərbi təsisatına köçürülməsini nəzərdən keçirir. Müfəttişlər ilk öncə cümə axşamı Kanzasın Levenuors şəhərində yerləşən müəssisəni yoxlayıblar və daha sonra Cənubi Karolinanın Çarlston şəhərində yerləşən hərbi müəssisəni nəzərdən keçirəcəklər. Amerikanın Səsinin Pentaqon müxbiri Karla Bobb bildirir ki, məhbusların köçürülə bilməsi üçün təkcə müəssisəyə deyil, Konqresin icazəsinə ehtiyac var.

Prezident ilk gündən bəri aydın bir şəkildə Quantanamo həbsxanasını bağlamaq istədiyini ifadə edib və bu məsələ hazırkı administrasiya üçün prioritet olaraq qalır
Mark Toner

Prezident Barak Obamanın ABŞ-ın Kubada yerləşən həbsxanasını ləğv edəcəyini vəd etməsindən illər keçsə də Kubada hələ də sabiq administrasiyanın “Terrora qarşı Müharibə” adlandırdığı dövrdə həbs olunan 116 məhbus yerləşir.

Rəsmilər deyir ki, Pentaqonun bu həbsxananı bağlamaq planı cari ayın sonu tətildən dönəcək Konqresə təqdim olunacaq.

Dövlət Departamenti də həbsxananın ləğv olunmasının tərəfdarıdır.

“Prezident ilk gündən bəri aydın bir şəkildə Quantanamo həbsxanasını bağlamaq istədiyini ifadə edib. O, bunun bizim milli təhlükəsizliyimiz maraq dairəsində olduğuna inanır və bu məsələ hazırkı administrasiya üçün prioritet olaraq qalır.”

Məhbusların bəzilərinin digər ölkələrə köçürülə bilərlər. Lakin hüquq müdafiəçiləri deyir ki, qalan məhbusları Birləşmiş Ştatlarda saxlamaq planı problemdir.”

Qunatanamo məhbəsi
Qunatanamo məhbəsi

“Konqres məhbusların Quantanamodan Birləşmiş Ştatlara köçürülməsinin hər bir yolunun qarşısını alıb."

Hazırkı qanunlar hər hansı bir məhbusun ABŞ-a göndərilməsinn qarşısını alır. Lakin azadlığa buraxılmalarının təhlükəli olacağı hesab olunan və ya köçürülə bilinməyən digər məhbusların hamısının müttəfiq bir ölkəyə yerləşdirmək ehtimalının da olmadığı görünür.

“Hansı müttəfiq ölkə bizim kabusumuzu üstlənər? Mən hər hansı bir ölkənin bunu etmək istəyəcəyinə şübhə edirəm.”

Hərbi müsəssiələrin nəzərdən keçirilmə xəbərləri Pentaqonun Konqresin qanunu dəyişdirməsi üçün təzyiq göstərəcəyi güman edilir. Ona qədər isə Quantanamo məhbəsi açıq olaraq qalır, lakin ora həbsxana olduğu üçün təbii ki, qapıları bağlı olur.

XS
SM
MD
LG