Accessibility links

Quba hadisələri ilə bağlı məhkəmə başlayıb, icra başçısı zərərçəkəndir [Audio]


Quba hadisələri
Quba hadisələri

Martın 1-də Qubanın keçmiş icra başçısının təhqiredici fikirlərdən hiddətlənən minlərlə qubalı etiraz aksiyası keçirib. Rauf Həbibovun villası yandırılıb. Günahlandırlnalar 8 nəfər sadə vətəndaşlardır.

Quba Rayon Məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə bu il martın 1-də rayonda baş vermiş iğtişaşlarla bağlı ittiham olunan bir qrup şəxsin işi üzrə hazırlıq iclası keçirilib. Hakim işə baxılmasını sentyabrın 18-nə təyin edib.
8 nəfər – Fərhad Əbdürrəhmanov, Samir Xanmədov, Alxas Danyalov, Samir Talıbov, Mətləb Dadaşov, Sarvan Çobanov, Murat Zakirov və Səxavət Ələsgərov məhkəmə qarşısında dayanıb. Onları hamısı sıravi vətəndaşlardır.
Xatırladaq ki, martın 1-də Qubanın keçmiş icra başçısı Rauf Həbibovun yerli sakinlərin ünvanına söylədiyi təhqiredici fikirlərdən hiddətlənən minlərlə qubalı rayon administrasiyasının qarşısında etiraz aksiyası keçirib. R.Həbibovun istefası tələbilə keçirilən aksiya iğtişaşlara çevrilib. İğtişaşlar zamanı rayon icra hakimiyyəti başçısının villası və yardımçı tikililərin bir hissəsi yandırılıb.
Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 186.2.2-ci (özgənin əmlakının məhv edilməsi və ona zərər vurulması), 233-cü (ictimai asayişin pozulmasına yönələn hərəkətlərin təşkili və ya onlarda fəal iştirak), 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərilməsi və ona qarşı güc tətbiqi) maddələri ilə cinayət işi qaldırılıb.
Qeyd edək ki, sonuncu maddə ibtidai istintaqın sonunda irəli sürülüb. Bu o deməkdir ki, maksimum cəza 3 ildən 7 ilədək ola bilər. Quba hadisələri üzrə cinayət məsuliyyətinə 30-a yaxın adam cəlb olunub. İş üzrə 25 zərərçəkən, o cümlədən 23 polis əməkdaşı, rayonun keçmişicra başçısı və rayon administrasiyasının özü keçir.
Müttəhimlər irəli sürülən ittihamları rədd edib. Onların vəkil tutmaq üçün maddi imkanları olmadığından hüquqlarını dövlət vəkilləri müdafiə edir.
Hakim hazırlıq iclasında foto və videoçəkilişin aparılmasına icazə verməyib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı İdrak Abbasov bu günki hazırlıq iclasında iştirak edib və yerli əhali ilə danışıb. O Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, məhkəmə çox kiçik bir zalda keçirilir. 8 müttəhim, 25 zərərçəkən, jurnalistlər və müşahidəçilər belə zala sığışmır. “Yerli əhali danışmaqdan qorxur. Amma, təkbətək söhbətlərdə insanlar istintaqdan narazıdır. Hesab edirlər ki, istintaq rayonda problemin yaranmasının səbəblərini araşdırmayıb”, - deyə o qeyd edib.

İdrak Abbasovla müsahibə
please wait

No media source currently available

0:00 0:06:00 0:00
Direct link
XS
SM
MD
LG