Accessibility links

Quba işi - 2 nəfərə həbs, 5 nəfərə şərti cəza


Quba hadisələri
Quba hadisələri

Bu dəfə 7 nəfərlik qrup cəzalandırılıb. Onlar ictimai asayişin pozulmasında, polisə müqavimətdə əmlaka ziyan vurmaqda ittiham olunur

Dekabrın 21-də Quba Rayon Məhkəməsində 1 mart hadisələri ilə bağlı ittiham olunan daha 7 nəfərə hökm oxunub. Məhkəmə Qabil Əliyevi 4,5 il, Səfər Qurbanovu 1,5 il müddətinə azadlıqdan məhrum edib.

Digər beş müttəhim - Akif Əliyev, Telman Dadaşov, Samir Abdullayev, Məmmədhəsən Əkbərov 3 il (şərti) azadlıqdan məhrum olunublar.

Onlar ictimai asayişin pozulmasında, polisə müqavimət göstərməkdə, əmlaka ziyan vurmaqda ittiham olunurlar. Q.Əliyev həm də xuliqanlıqda ittiham olunub.

Bundan əvvəl prokuror müttəhimlərin barəsində 5 ildən 5,5 ilədək azadlıqdan məhrumetmə cəzasının çıxarılmasını istəmişdi.

Bu, Quba hadisələri ilə bağlı mühakimə edilən üçüncü qrupdur. Bundan öncə 17 nəfərlik iki qrup azadlıqdan məhrum edilib. Dörd nəfər real cəza müddəti, qalanları şərti cəza alıblar.

2012-ci il martın 1-də bir neçə min Quba sakini mitinqə çıxaraq yerli sakinləri təhqir edən icra hakimiyyəti başçısı Rauf Həbibovun istefasını tələb edib. Etiraz aksiyası iğtişaşlara çevrilib, R.Həbibovun evi yandırılıb, İcra Hakimiyyətinin binasına ziyan dəyib. İş üzrə məhkəmə qarşısında 30 nəfərlik 4 qrup dayanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG