Quba rayon məhkəməsində Zamin Tahirovun sədrliyi ilə 1 mart Quba hadisələri ilə bağlı təqsirləndirilən 8 nəfərin işi üzrə dinləmələr davam edib.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin regional nümayəndəsi Avtandil Məmmədlinin Amerikanın Səsi radiosuna bildirib ki, məhkəmədə 7 şahidin – 4 polis və 3 mülki şəxsin ifadəsi dinlənilib. Polislər təqsirləndirilən şəxsləri onları polisə gətirmək tapşırıldığı zaman gördüklərini bildirib.
Mülki şahidlərdən biri 5 saylı avtobusun sürücüsü idi. O təsdiq edib ki, təqsirləndirilənlərdən bəziləri onun marşrut avtobusunda olub və onlar keçmiş icra başçısı Rauf Həbibovun villasının yanında avtobusdan düşüblər. Digər iki şahid təqsirləndirilənlərin hüquqa zidd əməllər törətdiklərini görmədiklərini deyiblər.
Proses sentyabrın 17-də davam edəcək. Elə həmin gün Quba hadisələri üzrə təqsirləndirilən digər 9 şəxsin işi üzrə proses davam edəcək.
Sözügedən 17 nəfər başqasının əmlakını məhv etməkdə və ya əmlaka ziyan vurmaqda, yandırmaqda, iğtişaşlar təşkil etməkdə, hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunurlar.
Xatırladaq ki, martın 1-də Quba rayonun keçmiş icra başçısı Rauf Həbibovun yerli sakinlərin ünvanına təhqiredici ifadələrindən qəzəblənən minlərlə Quba sakini rayon administrasiyası qarşısında etiraz aksiyası keçirib. Həbibovun istefası tələbi ilə keçirilən etiraz aksiyası iğtişaşa dönüb, icra başçısının villası və rayon administrasiyasının bir sıra köməkçi binaları yandırılıb.