Accessibility links

Qubad İbadoğlu: Manatın nəinki 2-ci, 3-cü devalvasiyası da baş verə bilər


Qubad İbadoğlu
Qubad İbadoğlu

Manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər. Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook hesabında yazıb.

Ekspert hesab edir ki, hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyuktura inzibati qaydada tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövrlərdə daim təzyiqlər altında saxlayacaq.

“Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək, bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks təqdirdə, əgər islahatlar aparılmayacaqsa, manatın nəinki 2-ci, hətta 3-cu devalvasiyası da baş verə bilər”, İbadoğlu qeyd edir.

Onun fikrincə, hazırkı siyasətin davam etdirilməsi Mərkəzi Bankın valyuta ehtiyatlarının tamamilə xərclənməsinə gətirib çıxaracaq.

“Bu halda həm valyuta ehtiyatlarını və həm də manatın dəyərini sürətlə itirə bilərik. Yeganə yol islahatlardan keçir, islahatların nəinki keçirilməməsi, hətta ləngidilməsi belə Azərbaycan maliyyə-bank sistemini iflasa aparacaq”, ekspert belə proqnozlaşdırır.

XS
SM
MD
LG