Accessibility links

Qubad İbadoğlu vaxtı keçmiş kreditlərdən yazıb


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)
Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində Azərbaycanda vaxtı keçmiş kreditlərin bölgələr üzrə təhlilini verib.

Vaxtı keçmiş kreditlərə görə ən pis vəziyyət Naxçıvandadır.

Ekspert yazır:

“Mərkəzi Bankın bu il avqustun 1-nə açıqladığı məlumatlar əsasında regionlar üzrə kredit qoyuluşunun təhlili göstərir ki, iqtisadi rayonlar arasında vaxtı keçmiş kreditlərin ən yüksək səviyyəsi Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, həmin dövrə Azərbaycan üzrə vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə payı 6,4 faiz təşkil etdiyi halda Naxçıvan iqtisadi regionu üzrə bu göstərici 9,2 faiz olub. Respubllika üzrə orta səviyyə ilə müqayisədə Naxçıvan iqtisadi rayonundan sonra daha pis göstərici Şəki-Zaqatala iqtisadi regionu üzrə - 8,9 faiz, Lənkəran iqtisadi rayonu üzrə - 8,6 faiz, Abşeron iqtisadi rayonu üzrə - 7,8 faiz qeydə alınıb. Göründüyü kimi, bu iqtisadi rayonlar kreditlərin vaxtında qaytarılması sahəsində intizamı ən çox pozan bölglərdir”, o qeyd edib.

Ekspertin fikrincə, vaxtı keçmiş kreditlər üzrə həmin bölgələrdə yaranmış vəziyyət orada sahibkarlıq mühitinin digər bölgələrdən əlverişsiz olduğunu xarakterizə edir.

“Eyni zamanda adı çəkilən bölgələrdə bankların kredit portfelinin ölkə üzrə orta göstərici ilə müqayisədə daha da keyfiyyətsiz olmasının digər səbəbləri pis idarəçilik və sosial-iqtisadi sahədə geriləmələrdir”, iqtisad elmləri doktoru bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG