Accessibility links

Yəhudi liderlər Benyamin Netanyahu ilə qala tədbirini təxirə salıb


Yəhudi liderlər İsrailin baş naziri Benyamin Netanyahu ilə qala tədbirini təxirə salıb. Buna hökumətin Qüdsün Müqəddəs Divarı ərazisində qarışıq gender ibadətini yasaqlaması səbəb olub.

Hökumətin qərarı İsraillə yəhudi diaporları arasında mübahisələrə yol açıb. Bir çox amerikalı yəhudi ilə İsrailin sərt-xətt tərəfdarı ortodokları arasında inanc və ibadət mübahisə mövsuzuna çevrilib.

Hökumətin qərarı həm İsrail, həm də xaricdə tənqidlərlə qarşılanıb. Yəhudi liderlər bunun İsrailə olan uzunmüddətli siyasi, maddi və mənəvi dəstəyə kölgə saldığını bildirir.

Israeli and U.S. Jews Share Pride in Religion
Israeli and U.S. Jews Share Pride in Religion

Yəhudi Agentliyinin rəhbəri Natan Şaranski bu addımı tənqid edərək, İsrail hökumətini kursunu dəyişməyə çağırıb.

Sabiq sülh müzakirəçisi, hazırda Yəhudi Xalqının Siyasəti İnstitutununa rəhbərlik edən Dennis Ross deyib ki, Amerika yəhudilərinin İsraili vətən kimi görməyəcəyi onu qorxudur.

Kabinetin dünən təsdiq etdiyi qərar 2016-cı ilin yanvar ayında müqəddəs məkanda qarışıq ibadət üçün xüsusi yer ayrılması qərarından sonra verilib. Bu kompromis liberal israillilərlə Amerika yəhudiləri arasında 3 il davam edən müzakirələrdən sonra qəbul edilmişdi.

Lakin ifrat ortodokslar bununla daha əvvəl razılaşsalar da, qərarın həyata tətbiqinə yol verməyib.

XS
SM
MD
LG