Accessibility links

İsrail millətçiləri Şərqi Qüdsdə yürüş keçirir, fələstinlilər isə “Qəzəb Günü” planlaşdırır


Ultra sağçı İsrail qrupları iyunun 15-də Şərqi Qüdsdə bayraqlarla yürüş keçirməyə hazırlaşır. Bu isə mübahisəli şəhərdəki fələstinlilərlə gərginliyin artması və İsrail ilə Qəzza qüvvələri arasında şiddətin yenidən alovlanması riskini artırır.

Yürüşü "təxribat" kimi qiymətləndirən fələstinli qruplar Qəzzada və İsrail tərəfindən işğal olunmuş İordan çayının qərb sahilində "Qəzəb Günü" keçirməyə çağırış ediblər. Qəzzanın islamçı rəhbəri Həmas bunun davam edəcəyi təqdirdə yenidən hərbi əməliyyatlar barədə xəbərdarlıq edib.

"Biz işğalçı dövlətin ekstremist sakinlərinin sabah işğal altındakı Qüdsdə bayraq yürüşü keçirməsinə icazənin təhlükəli əks-səda ilə nəticələnə bilməsi barədə xəbərdarlıq edirik" - deyə, Fələstinin Baş naziri Məhəmməd Ştayyeh Twitter-də paylaşım edib.

Orijinal yürüş köhnə şəhərin divarları ilə əhatələnmiş müsəlman məhəlləsinin dağıdılmasından çəkinmək üçün dəyişdirilmişdi. Bu addım Qəzzanın İslamçı rəhbərləri olan Həması müqəddəs şəhərə raket atmağa məcbur etmiş və nəticədə 11 günlük ölümcül döyüşlərlə nəticələnmişdi.

İsrail sağçıları hökumətlərini yolunu dəyişdirməklə Həmasa təslim olmaqda günahlandırmışdılar. Onlar Misir vasitəçiliyi ilə Qəzzada atəşkəs təmin olunduqdan sonra yürüşu dəyişdirmişdilər.

Çərşənbə axşamı yürüş yerli vaxtla saat 6.30-da başlayacaq. Bazar günü vəzifəsinə başlayan və veteran lider Benyamin Netanyahunun hakimiyyətini sona çatdıran İsrailin yeni Baş naziri Naftali Bennett üçün problem yaradır.

Bennettin Daxili Təhlükəsizlik naziri bazar ertəsi günü yürüşü təsdiqləyib.

Marşrutun dəyişdirilməsi və ya yürüşün ləğvi Bennettin yeni qurulmuş koalisiyasını indi müxalifətdə olan Netanyahu və Qüds hadisələrində Həmasa veto qoyma hüququ verdiyi müttəfiqlərin ittihamlarına məruz qoya bilər.

"Həmasın İsraili deyil, İsrailin Həması təhdid etmə vaxtı gəlib" - deyə, məşhur ultra-sağçı millət vəkili Itamar Ben-Qvir Twitter-də bildirib.

Yürüş üçün rəsmi marşrut hələ açıqlanmayıb. İsrail mediası polisin iştirakçıların köhnə şəhərin Şam Qapısı qarşısında toplanmasına icazə verəcəyini, ancaq Fələstin əhalisinin çox olduğu Müsəlman Məhəlləsinə keçmələrinə icazə verməyəcəyini bildirib.

Fələstinli etiraz aksiyaları yerli vaxtla saat 6-ya planlaşdırılıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG