Accessibility links

Qüdslə bağlı qərara etirazlar Livanda zorakılıqla müşayiət olub


Beyrutda ABŞ səfirlyi yaxınlığında etiraz nümayişi
Beyrutda ABŞ səfirlyi yaxınlığında etiraz nümayişi

Livanın təhlükəsizlik qüvvələri Beyrutda Birləşmiş Ştatların səfirliyi qarşısında ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqda qərarına etiraz edən livanlı və fələstinli nümayişçiləri dağıtmaq üçün təzyiqli su və gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar səfirlik tərəfə müxtəlif əşyalar atıb, ABŞ və İsrail bayraqları ilə yanaşı, Trampın müqəvvasını yandırıblar.

Livan minlərlə fələstinli qaçqının sığınacaq tapdığı ölkədir.

Qüdsün İsrailin paytaxtı kimi tanınması haqda qərara dünyanın başqa ölkələrində də etiraz nümayişləri keçirilib.

Dünyada ən çox müsəlmanın yaşadığı İndoneziyada minlərlə etirazçı paytaxt Cakartada ABŞ-ın səfirliyi qarşısında nümayiş keçirib.

Parisdə nümayişçilər Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarına etiraz nümayişi zamanı Fələstin bayraqları dalğalandırır
Parisdə nümayişçilər Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarına etiraz nümayişi zamanı Fələstin bayraqları dalğalandırır

Nümayiş iştirakçılarından biri Reuters xəbər agentliyinə deyib ki, “Tramp dünyada sülhü pozub”.

İsveçin Gotenburq şəhərində poliss sinaqoqa içərisində yandırıcı maddə olan butulka atmaq ittihamı ilə iki nəfəri həbs edib. Polis sözçüsü bildirib ki, insidentlə bağlı yanğın törətməyə cəhd kimi istintaq aparılır. Hadisə zamanı heç kəs xəsarət almayıb.

Parisdə Fələstin tərəfdarı nümayişçilər İsrailin baş naziri Benyamin Netanyahunun bazar günü ölkəyə səfərindən öncə nümayişlər keçirib. Netanyahunun səfər zamanı Fransa prezidenti Emmanuel Makronla görüşü nəzərdə tutulub. Makron Trampın qərarını “təəssüf hissi” ilə qarşıladığını bildirib.

Fələstinlilərə dəstək məqsədilə ABŞ-ın Romadakı səfirliyinin qarşısında da nümayiş keçirilb. Nümayişlər İraq, İordaniya, Suriya, Pakistan və Malayziyada da yer alıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG