Accessibility links

Ağ Ev Kraliça II Elizabetə yas saxlayır


Ağ Ev Kraliça II Elizabetə yas saxlayır
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Ağ Ev Kraliça II Elizabetə yas saxlayır

Prezident Co Bayden uzun müddət hakimiyyətdə olan monarxın Britaniya ilə ABŞ arasında möhkəm əlaqələrə mühüm töhfə verməsindən danışır. Bunu keçmiş prezidentlər də daxil olmaqla, tanınmış amerikalıların ona olan hörmətindən də görmək olur.

Kraliça II Elizabet 1600 Pensilvaniya ünvanında yaxşı tanınırdı. Ağ Evin Tarix Assosiasiyasının bildirdiyinə görə, o, buraya dörd rəsmi səfər edib, beş dəfə şam yeməyi, iki dəfə isə qeyri-rəsmi səfərlə gələrək, ABŞ prezidentləri ilə digər dövlət başçılarından daha çox görüşüb.

Cümə axşamı prezident Co Bayden onun vəfatı münasibəti ilə bayrağın endirilməsinə göstəriş verib.

Onun ölüm xəbəri Ağ Evə mətbuat katibi Karine Jan Pyer jurnalistlərlə brifinq keçirərkən gəlib. “Ürəyimiz və düşüncələrimiz kraliçanın ailə üzvləri, Böyük Britaniya xalqı ilədir”.

Kraliça ilə üç dəfə görüşən Bayden onun ABŞ-ın ən güclü müttəfiqi ilə əlaqələrini gücləndirdiyinə inanır. “Kraliça II Elizabet Birləşmiş Krallıq və Birləşmiş Ştatlar arasında ittifaqı dərinləşdirən misli görünməyən ləyaqətli dövlət xadimi idi. O, bizim münasibətimizin xüsusi olmasına yardım edib”.

Britaniyanın ən uzun müddətli monarxı olan II Elizabet həm də özünüidarənin tərəfdarı idi. 1991-ci ildə Konqresin birgə iclasında çıxışı zamanı o, ABŞ və Böyük Britaniyanı “demokratiya ruhu”nun birləşdirdiyini deyib.

Kraliça onun həyatı boyu 17 Afrika ölkəsinin Britaniyanın müstəmləkəçiliyindən azad olmasını izləyib.

Bu ilin əvvəlində onun varisi, hazırda Kral III Çarlz Birliyin keçmiş müstəmləkələrdən ibarət 50-dən çox üzvünün suverenliyinə hörmət etməyə davam edəcəyinə söz verib. “Uzun ömür mənə belə razılaşmaların sakit və kinsiz şəkildə dəyişə biləcəyi təcrübəsini öyrədib. Amma keçən noyabr ayında Barbadosda dediyim kimi, dəyişməyən şeyləri heç vaxt unutmamalıyıq.”

Keçmiş prezident Barak Obama da başsağlığı verərkən kraliçanın “yorulmaz, ləyaqətli ictimai xidmətindən” danışıb.

O, bu vəzifəni həyatının işi kimi görürdü. 70 illik hakimiyyəti dövründə o heç bir zaman hökuməti formalaşdırmaq üçün demokratik yolla seçilmiş rəsmini təyin etməkdən imtina edərək, “kral səlahiyyətindən” istifadə etməyib.

Ölümündən iki gün əvvəl onun hazırkı baş nazir Liz Trassı Şotlandiyadakı malikanəsinə dəvət edərək, bunu istəməsi heç də fərqli deyildi.

XS
SM
MD
LG