Accessibility links

Jurnalistin məhkəməsi davam edir


Aprelin 15-də Bakının Yasamal Rayon Məhkəməsində Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (ASC) sədri Arif Alışanovun professor, əməkdar jurnalist Qulu Məhərrəmliyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin baxış iclası keçirilib.

Report agentliyinin məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə A.Alışanovun nümayəndəsi vəsatətlə çıxış edib.

O, Q.Məhərrəmlinin mətbuata verdiyi müsahibə ilə bağlı linqivistik ekspertizanın keçirilməsini istəyib.

Q.Məhərrəmlinin müdafiəçisi Cavid Rzazadə çıxışında vəsatətin baxılmamış saxlanılmasını xahiş edib.

Q.Məhərrəmli isə çıxış edərək bildirib ki, linqivistik ekspertizaya ehtiyac yoxdur. O, A.Alışanova böhtan atmadığını deyib.

Məhkəmə müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakim A.Tağıyev vəsatəti təmin edib.

Bununla da iclas başa çatıb.

Məhkəmənin növbəti iclasının vaxtı hələ müəyyənləşməyib.

Qeyd edək ki, A.Alışanov və Q.Məhərrəmli arasında narazılıq jurnalistin fevral ayında Azərbaycanda televiziyanın kütləvi yayımına başlamasının 60 illiyi ilə bağlı verdiyi müsahibədən sonra yaranıb. Bundan sonra Alışanov Məhərrəmlini məhkəməyə verib. O, jurnalistdən mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib. Bununla bağlı A.Alışanov Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlidən 100 min manat pul tələb edib. Hazırda işə Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə baxılır. Həmçinin, A.Alışanov Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Q.Məhərrəmlinin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında şikayət verib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG