Accessibility links

Konqresə Quantanamo həbsxanasının bağlanmasına dair hesabat təqdim edilir


ABŞ Müdafiə Nazirliyi bu gün Konqresə Kubanın Quantanamo körfəzindəki həbsxananın bağlanmasına dair hesabat təqdim edəcək.

Hesabatda 60 məhbusun köçürüləcəyi yerlər göstərilsə də, onlar haqda tövsiyələr irəli sürülmür. Həmin yerlərin Kolorado, Kanzas və Cənubi Karolina ştatlarının federal həbsxanaları olacağı gözlənilir.

ABŞ qanunlarına görə Quantanamo məhbusları Amerika daxilində köçürülə bilməz. Bir çoxları bunu ölkəyə təhlükə hesab edir.

Prezident Barak Obama 2009-cu ildə hakimiyyətə gəldiyi zaman məhbəsin bağlanmasını prioritetlərindən biri elan etmişdi. Onun prezidentlik müddətinə bir ildən az qaldığı bir vaxt Quantanamoda hələ də 91 məhbus saxlanılır.

ABŞ dövlət başçısı Quantanamonun bağlanmasına sərəncam verə bilər. Barak Obama məhbəsi terrorçuların cəlb edilməsinə alət adlandıraraq, bunun ABŞ-ın imicini ləkələdiyini deyir.

Quantanamo 2002-ci ildə sabiq prezident Corc Buşun sərəncamı ilə 2001-ci il 11 sentyabr terror aksiyalarından sonra təsis edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG