Accessibility links

ABŞ müdafiə naziri Qunduzda xəstəxanaya hücumla bağlı təhqiqat aparılacağını bildirb


Müdafiə naziri Eşton Karter Əfqanıstanda xəstəxanaya hava hücumu nəticəsində həlak olan 22 nəfərlə bağlı şəffaf istintaq aparılacağına söz verib.

Şənbə günü baş vermiş hadisə Qunduz şəhərində tibbi mərkəzdə fəaliyyət göstərən Sərhədsiz Həkimlər qrupu da daxil olmaqla humanitar təşkilatların tənqidinə səbəb olub. Hadisə zamanı qrupun 12 həkimi həlak olub.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildirib ki, əfqan qüvvələrinə təlimlər keçən ABŞ xüsusi əməliyyat qüvvələri havadan dəstək istəyib. Əfqanıstan rəsmiləri hərbi qüvvələrin xəstəxananın yerləşdiyi yerdəki obyektin Taliban yaraqlılarının hücumuna məruz qaldığını bildirib.

Sərhədsiz Həkimlər qrupu Qunduzda fəaliyyətini dayandırdığını və ağır xəstələrin hamısının ərazidə yerləşən digər tibbi müəssisələrə yerləşdirildiyini bildirib.

Sərhədsiz Həkimlərin Londondakı təmsilçisi xəstələrin Kabildə iki xəstəxanaya köçürüldüyünü deyib.

ABŞ prezidenti Barak Obama şənbə günü hadisə zamanı həlak olan xəstəxana işçilərinə və digər mülkü şəxslərər baş sağlığı diləyib.

Hökumət qüvvələri Qunduz şəhərində bir çox ərazidə nəzarəti ələ aldığını bildirib.

XS
SM
MD
LG