Accessibility links

Əfqanıstan qüvvələri Qunduzu geri alıb [Video]


Əfqanıstan qüvvələri Qunduzu geri alıb
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Baqlan vilayətində yerləşən Pul Xumri bazarı fəaliyyətini bərpa edib. Bir neçə həftə əvvəl burada həyatdan heç bir iz yox idi. Qəsəbənin şimal Qunduz şəhərinə aparan yola polis tərəfindən nəzarət edilir.

Ruhullah: “Vəziyyət daha yaxşıdır. İnsanlar təhlükəsizlik barədə narahat olmamalıdırlar. Biz son damla qanımıza qədər vuruşacağıq.”

Lakin təhlükəsizlik buraya qədər təmin edilir. Qunduz şəhərində Talibanın qaldığı ehtimal edilir. Bu qonşu vilayət də daxil olmaqla, bəzi qəsəbələrdə Talibanın mövcudluğu məlumdur. Bu yoxlama məntəqəsi də Talibanın hədəflərindən biridir.

Dand Şahbadin qəsəbəsində Talibanın fəaliyyəti dəfələrlə qeydə alınıb. Bu həftə 200 yaxın Taliban yaraqlısı yoxlama məntəqəsinə hücum edib. Sakinlər deyir ki, polisin onlarla mübarizə aparmağa kifayət qədər silahı yoxdur.

Buna baxmayaraq yerli sakinlər iki həftə əvvələ qədər təhlükəsiz şəkildə şimala səyahət edə bilirdilər. Döyüşlər dayandırılıb və polis əsas maqistral yollarına nəzarət edir.

"Bizim vəzifəmiz yolda təhlükəsizliyi təmin etməkdir."

Lakin onlar bütün yola nəzarəti təmin edə bilməyiblər.

Qunduz yolunda bu hissəyə qədər təhlükəsiz səyahət edə bilərsən. Buradan sonra Qunduz şəhərinə iki saatlıq yol təhlükəli hesab edilir. Yol ətrafı Taliban yaraqlıları ilə doludur. Onlar qeyri-qanuni yoxlama məntəqələri qururlar. Hətta Əfqanıstanın hərbi qüvvələri həmin ərazilərə getməyə cəsarət etmir.

ABŞ hava hücumlarının köməyi ilə Əfqanıstan qüvvələrinin Talibanı şəhərdən çıxarmasına baxmayaraq, bölgədə vəziyyət qeyri-stabil olaraq qalır.

XS
SM
MD
LG