Accessibility links

Azərbaycanda qurban bayramı qeyd edilir


Qurban bayramı
Qurban bayramı

Bayram günü insanlar qurbanlar kəsir, kasıblara əl tutur

Oktyabrın 26-da islam dünyasında Qurban bayramı qeyd olunur. Bayram Məkkədə Həcc ziyarətinin başa çatması ilə üst-üstə düşür.

Bu gün səhər saatlarından Azərbaycanın məscidlərində bayram ibadətləri başlayıb. Ən çox qurbanın kəsildiyi yerlərdən biri Bakının Şüvəlan qəsəbəsindəki Mirmövsüm ağanın ziyarətgahıdır. Orada kəsilən heyvanın əti qocalar evlərinə, internat və uşaq evlərinə paylanılır. Bayram günü ölkə boyu insanlar qurbanlar kəsir, kasıblara əl tuturlar.

Prezident İlham Əliyev bayram münasibəti ilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Təbrikdə deyilir ki, Qurban bayramı xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır.

“Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir. Bu günlər ölkəmizdə geniş xeyriyyəçilik tədbirləri həyata keçirilir, imkanı çatan hər bir müsəlman ehtiyacı olanlara könül xoşluğuyla yardım göstərir”, dövlət başçısı qeyd edib.

Qurani-Kərimə görə, məlaikə Cəbrayıl yuxuda İbrahim Peyğəmbərin yanına gələrək Allahın onun yeganə oğlu İsmayılı qurban verməsini istədiyini bildirir.

İbrahim hazırda Məkkənin yerləşdiyi Mina vadisinə yola düşür. Bunu bilən oğlu müqavimət göstərmir, çünki atasına və allaha itaət edirdi. Lakin bu, bir sınaq idi.allah İbrahimi mükafatlandırır və ona qurban kimi heyvan kəsməyə izn verir.

Həmin gündən başlayaraq bayram günü müsəlmanlar məscidlərə gedir, yaxınlarının, doğmalarının məzarını ziyarət edir, qurbanlıq hervan kəsirlər. Qurban əti yoxsullara və ehtiyacı olanlara paylanır.
XS
SM
MD
LG