Accessibility links

Minlərlə insan Qutanı tərk edir


Suriya ordusunun Qutada irəliləməsi ilə rəqiblərin nəzarətində olan bölgələri minlərlə mülki əhali tərk edir.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun direktoru Rami Əbdülrəhman bildirib ki, hökumətin ötən ay başlatdığı genişmiqyaslı əməliyyatlardan bu yana bu, ilk belə böyük bir qaçqın axınıdır.

Ötən gecə Suriya ordusu korridor yaradaraq qaçqınların keçməsinə imkan yaradıb.

Suriya üsyançılarının mühasirədə olan Quta şəhərinin şərqindəki əsas qruplarından biri Rusiya ilə Dəməşqin ətrafındakı bu ərazidən yaralıların çıxarılmasına dair razılaşma əldə edib.

Humanitar yardım daşıyan 25 yük maşını şimal Duma şəhərində daxil olub.

Suriyada İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, ehtiyac içərisində olan 26 100 nəfər insana bir ayadək kifayət edəcək yardım çatdırılıb.

Qrup gecə boyu onlarla hava hücumu həyata keçirildiyini bildirib.

Rusiya və Suriya bölgədə onlarla mülki vətəndaşın ölümünü inkar edərək, yalnız hərbi obyektlər və üsyançıların hədəf alındığını deyir. Hər iki ölkə rəqib döyüşçüləri insanlardan canlı qalxan kimi istifadə etməkdə günahlandırır.

Üsyançılar bu iddiaları rədd edir.

Amnesty International bu ölkələrin hökumətlərini milyonlarla suriyalının iztirabının məsuliyyətini daşıdığını bəyan edib. Təşkilar Afrin və Qutada mülki əhaliyə qarşı hücumların dərhal dayandırılmasına çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG