Accessibility links

Antonio Quterreş: BMT-nin İrana qarşı sanksiyalarının tətbiqi prosesində "qeyri-müəyyənlik olduğu" üçün yenidən nəzərdən keçirilməlidir


BMT-nin Baş Katibi Antonio Quterreş Təhlükəsizlik Şurasındakı çıxışı zamanı ABŞ-ın İranla bağlı sanksiya təşəbbüsü ilə bağlı addım ata bilməyəcəyini deyib. O bildirib ki, BMT-nin İrana qarşı sanksiyalarının tətbiqi prosesində "qeyri-müəyyənlik olduğu" üçün məsələ yenidən nəzərdən keçirilməlidir.

ABŞ Dövlət Katibi Mayk Pompeo keçən ay İrana qarşı sanksiyaların başlanması üçün 30 günlük prosesə başlandığını bəyan etmişdi. Sanksiyalar oktyabrın 18-də başa çatacaq silah embarqosunu dayandıracaq.

Lakin Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü Vaşinqtonun addımını rədd edib. Belə ki, onlar Pompeonun ABŞ-ın 2018-ci ildə tərk etdiyi 2015-ci il sazişinin mexanizmindən istifadə etdiyini deyib.

Quterreşin şuraya ünvanladığı məktubda yazılıb ki, prosesin həqiqətən başladıldığı və ya sanksiyaların ləğvinin qüvvədə olub-olmaması ilə əlaqəli şübhə var.

"Baş katibin belə bir qeyri-müəyyənliyi görməməyə haqqı yoxdur" - deyə, baş katib əlavə edib.

BMT üzvləri Təhlükəsizlik Şurasına sanksiya rejimlərini tətbiq etmək üçün inzibati və texniki dəstək veri. Quterreş tətbiqetmələri izləmək üçün müstəqil ekspertlər təyin edib.

O, İrana qarşı sanksiyalarının vəziyyətinin "dəqiqləşdirilməyincə bu dəstəyi təmin etmək üçün heç bir tədbir görməyəcəyini deyib.

Briyaniya, Fransa və Almaniyanın daxil olduğu E-3 avqust ayında bunun İranın nüvə anlaşmasına dəstək səyləri ilə uyğun olmadığını deyərək, ABŞ-ın İrana qarşı BMT sanksiyalarını bərpa etmək addımını dəstəkləmədiyini bildirmişdi.

XS
SM
MD
LG