Meksikalı narkobaron Hoakin "El-Çapo" Quzmanın məhkəməsi bazar ertəsi Nyu York şəhərində başlayır.
Quzman Çikaqo, Mayami və Nyu York kimi bir sıra ABŞ şəhərlərində çirkli pulların yuyulması, insan oğurluğu və qətl də daxil olmaqla, Şimali Amerikada böyük narkotik maddə qaçaqmalçılığı əməliyyatı ilə əlaqədar ittihamları rədd edib.
ABŞ Ədliyyə Nazirliyi bildirib ki, Sinaloa Kartelinnin lideri kimi Quzman bir neçə böyük ABŞ şəhərlərində narkotik alverçilərinə kokain, heroin, metamfetamin və marixuananın çatdırılmasını idarə edirdi.
Quzman 2017-ci ildə Meksikadan ekstradisiya edildikdən bəri Nyu York federal həbsxanasında saxlanılır.
Məhkəmədən əvvəl Quzmanın mühafizəsi gücləndirilib. O, bundan əvvəl iki dəfə Meksikada ciddi mühafizə olunan həbsxanalardan qaçıb.