Accessibility links

İsrail Qvatemalanın qərarını alqışlayıb


İsrail Qvatemalanın səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi qərarını alqışlayıb. İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, digər ölkələr də Qvatemalanın ardınca Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq.

Qvatemala prezidenti Cimmy Morales deyib ki, ölkəsinin İsraildəki səfirliyi Qüdsə köçürüləcək. Daha öncə Birləşmiş Ştatlar Qüdsü İsrailin paytaxtı kimi tanıyıb və səfirliyin Tel-Əvivdən bu şəhərə köçürüləcəyini bildirib.

Morales dekabrın 24-də deyib ki, səfirliyin köçürülməsi qərarını həmin gün İsrailin baş naziri Benjamin Netanyahu ilə danışandan sonra verib.

ABŞ prezidenti Donald Trampın qərarı ərəb dünyasını, eləcə də öz müttəfiqlərini qəzəbləndirmişdi.

BMT Baş Assambleyası dekabrın 21-də qəbul etdiyi qətnamə layihəsində Vaşinqtonun Qüdslə bağlı qərarını rədd edib.

ABŞ-dan maliyyə yardımı alan Qvatemala qətnamənin əleyhinə səs verən yeddi ölkədən biri olub.

Tramp qətnamənin lehinə səs verən ölkələrə maliyyə yardımını kəsəcəyi ilə hədələyib.

Fələstinlilər də Qüdsün şərqini gələcək dövlətlərinin paytaxtı hesab edirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG