Accessibility links

Azərbaycanda WatsApp, Facebook, Skype, Viber və s. messencerlərlə danışmaq mümkün deyil


WatsApp
WatsApp

Azərbaycanda WatsApp, Facebook, Skype, Viber və s. messencerlərlə danışıqlara üç həftə əvvəl qoyulmuş məhdudiyyətlər hələ də davam edir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı hələ izahat və ya şərh vermir, deyə Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz Turana bildirib.

Qeyri-rəsmi bu tədbirlər İslam Oyunları dövründə təhlükəsizlik məqsədilə edilib. Amma Oyunlar başa çatdıqdan sonra da vəziyyət dəyişməyib.

Messencerlərin tamamilə bağlanacağı və ya Azərbaycan xüsusi xidmətlərinin ölkədə messencer serverləri qurmaq təklif edəcəyi istisna deyil, ekspert belə hesab edir.

O, ölkədə beynəlxalq telefon danışıqları tariflərinin çox yüksək olduğu bir şəraitdə messencerlərin bağlanmasının Azərbaycana turist axınına mənfi təsir edə biləcəyi fikrini bölüşür.

O, telefon danışıqları tariflərinin yüksək olması səbəbindən messencerlərin bağlanmasının mobil rabitə operatorlarının və dövlətin gəlirlərinin artmasına gətirib çıxaracağından əmin deyil. Bununla əlaqədar o, hökumətin problemi həll edəcəyinə ümid etdiyini deyib.

XS
SM
MD
LG